Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Oxşar xəbərlər