2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı, onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.
ÖLKƏ.AZ xəbər verir ki, mərhumun istifadəsindəki mobil telefonun "WhatsApp" proqramında qeydə alınan giriş və çıxış zənglərinə, ismarıclarına, eləcə də telefonun yaddaş kartındakı şəkillərə baxış keçirilib.
Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Əliyevanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya səbəb olub.
Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.
İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya, onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. Quliyevin sözlərinə görə mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, Hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.
Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb. Yerə yıxılandan sonra, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxub, mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib. Sadəcə sonuncu onu təhqir etdiyinə görə əsəbləşib əlləri ilə boğazından tutub, silkələyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Əliyeva ifadəsində göstərib ki, 2019-cu ilin yanvar ayında xəbər tutub ki, qızının İlham Adlı şəxslə qeyri-rəsmi ailə həyatı quraraq, onunla sumqayıtda yaşayıb. Günay evlərinə qayıtmaq istəməyib, yaşadığı ünvanı dəqiq deməyib. İlhamla niyə qeyri rəsmi nighda olduğunu soruşduqda isə, qızı İlhamın valideynlərinin onların ailə qurmalarını istəmədiklərini bildirib. Bir müddətdən sonra Günay İlhamla birlikdə evə gəlib, yoldaşını onlarla tanış edib. Qızına, əri ilə gəlib, onların evdə yaşamasını təklif etsə də, lakin Günay razı olmayaraq, İlhamın Sumqayıtdan işə gedib-gəlməyin daha rahat olduğunu deyib. Anası həmçinin qeyd edib ki, Günayın heç kəslə düşmənçiliyi və ədavəti olmayıb. Qətlin səbəbini bilmir.
Şahid qismində dindirilmiş İlham Qiyasbəyli bildirib ki, il yarım əvvəl Xırdalan şəhərində çay evi işlədən vaxtlarda Günayla tanış olub. Aralarında yaxın münasibət yaranıb, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Günay ona pul müqabilində heç kimlə görüşmədiyini deyib. Hadisədən 1 ay 20 gün əvvəl qadın 4-cü mikrorayona köçüb.
O, tez-tez həmin ünvana gedərək Günayla spirtli içki qəbul edib, onunla cinsi əlaqədə olub. Ailəsindən kənarda yaşamasına baxmayaraq, qadın ailə üzvləri ilə əlaqə saxlayıb. Martın 4-də qardaşı Sahib və dayısı oğlu Rahimlə birlikdə Günaygildə olub. Növbəti gün səhər işə gedib və saat 10-11 radələrində qardaşı Sahibə zəng edib Günayla birlikdə işə gedib-getmədiyini soruşmuş, çünki sonuncu "Koroğlu" metrostansiyasının yanında şirniyyat alğı-satqısı ilə məşğul olub və qadını da özü ilə ora işləməyə aparmaq istəyib. Sahib ona Günaya zəng etdiyini, lakin onun cavab vermədiyini deyib.
Saat 21 radələrində o, qardaşı ilə birlikdə qadının qaldığı ünvana yollanıb. Mənzilə tək qalxıb, Sahib aşağıda gözləyib.
Qapını döysə də, açan olmayıb. Sonra qapının açıq olduğunu görüb. Günay heç vaxt qapını açıq qoymayıb. Hamam otağının qapısını açanda qadının yerdə, baş nahiyəsinin sağ divara tərəf, hərəkətsiz vəziyyətdə olduğunu görüb.
Əynində qara rəngli qısaqol mayka və idman şalvarı olub. İlkin olaraq huşunun getdiyini zənn edib, dərhal aşağıdan qardaşını çağırıb. Birlikdə Günayı hamam otağından dəhlizə çıxartıblar, əli ilə ona toxunduqda bədəninin soyuq olduğunu hiss edib. Qardaşı TTY zəng edib.
Məhkəmə iclasında Kamran Quliyev özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.