ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.
Report xəbər verir ki, bu barədə " Al-Mayadeen" telekanalı xəbər verib.

Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.

"Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub", - telekanalın xəbərində deyilir.

Pentaqon hələlik bu məlumatı şərh etməyib.

Oxşar xəbərlər