Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevdir.
Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev - Bir neçə vaxt əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizə yeni Təhsil naziri təyin edildi. Dövlət rəhbərimiz tərəfindən xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış bacarıqlı, yenilikçi, peşəkar bir gəncə bu yüksək vəzifəyə etimad göstərilməsi gənc nəslin gücü ilə cəmiyyətdə səmərəli dəyişikliklər yaratmaq məqsədinin daha bir təzahürü kimi rəğbətlə qarşılandı. Bununla Prezident milli təhsil tariximizdə xüsusi bir mərhələnin başlanması arzusunu ifadə etdi. Əminik ki, Azərbaycanda təhsillə hansı şəkildə isə bağlılığı olan mütləq əksəriyyət bu mərhələnin mühüm keyfiyyət dəyişikliklərini gündəlik həyatında duyub, məqsədyönlü fəaliyyət göstərəcək.
Cənab İlham Əliyev, demək olar ki, bütün çıxışlarında mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini verir. Ölkə Prezidentinin Təhsil naziri Emin Əmrullayevin qəbulu zamanı söylədiyi fikirlərin özəlliyi, mənası və mahiyyəti, proqram xarakterli tövsiyələri təhsildə müəyyənləşdirilmiş strateji hədəflərə mükəmməl diqqətin yönəldilməsi ilə bağlı idi.
Zənnimizcə, Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsindən asılı olacaq.
Prezident İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.
Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.
Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olur.
Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.