Bugünkü reallığın təməl prinsiplərinin əsası ərazi bütövlüyümüzün bərpası hədəfi yenilməz QALİB xalqımızın sevimli Prezidenti,şanlı ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən 17 il əvvəl qarşıya müqəddəs vəzifə kimi qoyulmuşdu. Bu məqsədə çatmaq üçün güclü iqtisadi inkişafı təmin etmək,daxili siyasi sabitliyə və xalqla hakimiyyətin birliyinə nail olmaq,qüdrətli müasir ordu qurmaq tələb olunurdu.
Ötən illər ərzində Prezidentimiz tərəfindən aparılan uğurlu daxili və xarici siyasət həmin vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etdi. Torpağını, xalqını ,Ali Baş Komandanını sevən igid əsgərlərimiz 44 günlük ZƏFƏR yürüşü ilə ərazi bütövlüyümüzü bərpa etdilər
Azərbaycan ordusunun yeni döyüş taktikası və peşəkarlığı dünya hərb tarixinin ibrətamiz səhifəsinə çevrilmişdir.Bu qələbənin ən əsas təminatı Azərbaycan xalqının birliyidir.Bu birliyin Vətən müharibəsindən sonrakı bərpa və quruculuq dövründə də gözbəbəyi kimi qoruyub saxlamaq,daha da inkişaf etdirmək günümüzün aktual vəzifəsidir.
Möhtərəm prezidentimiz İlham Əliyevin realist xarici siyasətinin də şanlı qələbəmizin qazanılmasında çox mühüm rolu olmuşdur.Qardaş Türkiyə ilə hərtərəfli əməkdaşlıq,Rusiya və İran kimi mühüm qonşu dövlətlərlə balanslı münasibətlər qələbəmizin təmin olunmasında vacib amillərdəndir. Prezidentmizin xarici jurnalistlərlə onların öz dillərində çoxsaylı müsahibələri də Azərbaycan həqiqətinin dünyaya çatdırılmasında misilsiz rol oynamışdır.
Bir müəllim kimi mənə xoşdur ki, hörmətli Prezidentimiz bu möhtəşəm qələbəmizin qaznılmasında son dövrdə yetişən gənclərin həlledici xidmətini xüsusi vurğulayır. Həmin nəslin yetişməsində və vətənpərvərlik tərbiyəsində, əminəm ki ,müəllimlərin də əməyi var.Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi mən də öz dərslərimdə və şagirdlərimlə digər təmaslarımda onların vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirmişəm.İkinci Qarabağ müharibəsinin şanlı ZƏFƏR nümünələri mənə və həmkarlarıma imkan verir ki, vətənpərvərlik mövzusunda, söhbətlərimizdə torpağımızın müqəddəsliyi ilə yanaşı şanlı ordumuzun rəşadətindən,onun Ali Baş Komandanının sərkərdəlik məharətindən qürurla söhbət açaq .
Sevimli Prezidentimizin məşhur aforizmi –‘’ Qarabağ Azərbaycan!’’ kəlamı əməli pedaqoji fəaliyyətimizdə gündəlik şüarımız olmalıdır.
Bakı şəhəri F.Tağıyev adına 72 N-li tam orta məktəb- liseyin müəllimi,Birinci Qarabağ müharibəsinin istirakçisi İsmayılov Paşa