Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Azərbaycanda tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış müxtəlif xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 fevral 2021- ci il tarixində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Azərbaycanın tarixi qələbəsi haqqında, işğaldan azad olunmuş torpaqlarda infrastrukturun yaradılması ilə bağlı fikirlərini mətbuata çatdırmışdır. İşğaldan azad olunmuş torpaqlarımızda birgə yaşayış mühitinin yaradılması ilə bağlı xarici jurnalistin sualını cavablandıran cənab Prezident bunu humanist, tolerant bir dövlət olaraq sülh şəraitində mümkün olması fikrini bildirmişdir.
Azərbaycanda tolerantlığın, multikulturalizmin qorunması və inkişaf etdirilməsi, heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin siyasi və elmi nəzəri irsi, onun dövlətçilik üslubu və prinsipləri Azərbaycan xalqının misilsiz sərvətidir. Azərbaycan polietnik dövlət kimi ərazisində bütün xalqların yaşadığı bir məkandır, bir sözlə Azərbaycan hamının vətənidir. Bu mənada Azərbaycanda təkcə milliyətcə azərbaycanlıların deyil, bütün etnosalrın yurdu olub. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan həmişə siyasi islahatlarını, siyasi dialoqlarını çoxmədəniyyətli dialoq əsasında qurmuş, müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsini göstərmişdir. Məlumdur ki, çoxmədəniyyətli cəmiyyətin tərəqqisi, inkişafı öz-özünə ərsəyə gəlmir. Buna nail olmaq üçün müxtəlif mədəniyyətlərə məxsus icmalar arasında münasibətlər düzgün qurulmalı, hər bir mədəniyyətin çiçəklənməsi və digər mədəniyyəti tamamlayıb zənginləşdirməsi üçün imkanlar yaradılmalıdır. Amma bunu gerçəkləşdirmək heç də asan deyil. Ona görə ki, bu, həmin mədəniyyətlərə eyni münasibət göstərmək, onların hamısına eyni dərəcədə tolerantlıq və qayğı göstərməyi tələb edir. Bu münasibət sağlam olduqda öz bəhrəsini verə bilər. Çünki mədəni toplumların bir-birinə qeyri-sağlam münasibəti nəinki sosial tərəqqini və çiçəklənməni ləngidir, eyni zamanda dəhşətli etnik və kultural toqquşmalara və dağıdıcı proseslərə səbəb olur. Buna misal kimi, ölkəmizdə erməni separatizminin baş qaldırmasını göstərə bilərik. Erməni separatizmi hər iki tərəfə ciddi maddi və mənəvi zərbələr vurdu. Müharibə minlərlə insanın həyatını itirməsinə səbəb oldu, şəhidlər verildi, hər iki tərəfdən yüzminlərlə qaçqın və məcburi köçkünlər meydana çıxdı, təsərrüfat fəaliyyətinə, mədəni dəyərlərə böyük zərbələr vuruldu. Hazırda ermənilərin sağlam düşüncəli insanları da açıq etiraf edirlər ki, Qarabağ erməniləri Azərbaycan ərazisində dinc yanaşı yaşayanda özlərini daha əmin hiss edirdilər.
Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsi olaraq 10 noyabr tarixli “Bəyannamə”nin bəndləri yerinə yetirilir və sağlam siyasi strategiya həyata keçiriləcəkdir. Ermənistan dövləti üçün də ən məqbul siyasət həmin bu Bəyannaməyə əməl etmək, tam icra edilməsi təmin olunmalıdır. Yalnız bu siyasətin nəticəsində biz sülhə gələ bilərik. Azərbaycanın çoxsaylı məcburi köçkünləri rahat şəraitdə işğaldan azad olunmuş torpaqlarımızda sülh şəraitində yaşamalıdır. Bu istiqamətdə güclü işlər aparılır ki, bu da işğaldan azad olunmuş torpaqlarımızda birgəyaşayışın universal modeli qurulmalıdır. Bu hər iki dövlər üçün dayanıqlı sülh deməkdir.
Zabrat qəsəbəsi, 75 nömrəli məktəbin müəllimi Könül Əliyeva