Azərbaycan, doğma yurdum, məğrur ölkəm! Fəxrlə və qürurla səsləndirdiyimiz “Azərbaycan” sözü içərisində o qədər böyük və bənzərsiz bir sevgi sığışdırmaq olar ki, bu hissləri sözlə ifadə etmək çox çətindir. Mənim üçün Azərbaycan dünyanın ən gözəl, ən universal, ən ümdə birinci ölkəsidir.
Əgər dünyanı bir okeana bənzətsək, Azərbaycan onun mirvarisidir deyərdim. Azərbaycanın zəngin və keşməkeşli tarixi, qədim maddi mədəniyyət abidələri, əlverişli strateji coğrafi mövqeyi, təbii sərvətləri, qəhrəmanlıq irsi, tarixi şəxsiyyətləri, azadlıq mübarizələri, dönməzlik mövqeyi, şəxsi iradəsi bunu deməyə əsas verir və 44 günlük vətən müharibəsindəki nailiyyətlərimiz, zəfərlərimiz şanlı tariximizin ən parlaq nümunələrindən biridir. Azərbaycan tarixən dünyanın siyasi hadisələrindən kənar olmamış, müəyyən tarixi dönəmlərdə tez-tez yadelli basqınlarına məruz qalmış, daim düşmənlərin diqqət mərkəzində olmuşdur. Azərbaycana gələn yadellilər doğma diyarımızı ələ keçirməyə can atmış, ölkəmizin başı bəlalar çəkmiş, çox faciələrə sinə gərmişdir. Lakin məğrurluq qalası sayılan Azərbaycanımız dövrün bütün hallarında öz mərdliyini, mübarizliyini, ölməzliyini, əyilməzliyini qətiyyətlə düşmənə sübut etmiş, onu diz çökdürmüşdür. Öz mənəviyyatı, əqidəsi şanlı, cah-cəlallı tarixi, qonşu dövlətlərlə dinc münasibəti, tolerantlığı, dözümlülüyü ilə dünya dövlətləri içərisində bir nümunə olmuşdur.
Təsadüfi deyil ki, vətənini, xalqını dərin məhəbbətlə sevən, onun gələcəyi üçün yorulmadan və əzmlə çalışan, ulu öndərimiz tərəfindən əsası qoyulan Multikulturalizm siyasəti onun oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 2016-cı il “Azərbaycanda Multikultiralizm və tolerantlıq ili “elan edilmişdir. Azərbaycanın tolerant bir ölkə olduğunu, digər xalqlara dinc münasibətini ən qədim dövrlərdən indiyə kimi bir çox tarixi faktlarla sübut etmək mümkündür. Məhz bu tarixi gerçəkliklərə görə Azərbaycan türkü olduğumuz üçün bir daha fəxr etməliyik. Azərbaycan tarixən müxtəlif xalqların, etnosların, azsaylı etnik birliklərin dinc qonşuluq və mehribanlıq şəraitində yaşadığı ölkə olub. Azərbaycan xalqınınn formalaşması prosesi minilliklər boyunca uzun tarixi dövrü əhatə edən bir hadisə olmuşdur. Müxtəlif tarixi dövrlərdə müxtəlif xalqlar, tayfalar, millətlərin nümayəndələri köçürülüb ən gözəl dilbər güşələrimizdə məskunlaşdırılmış, yerli əhali ilə qaynayıb-qarışmışdır. Onların bir qismi isə onlarla edilən bu yaxşılıqlara görə əbədi ninnətdar olmaq əvəzinə, bizə qarşı etniktəmizləmə və soyqırım siyasətindən belə əl çəkməmişlər. Onlara uzadılan çörəyə kəm baxan, öz içərimizdə onlara yer verdiyimiz halda yeni ərazi iddialarına qalxan, hər cür pislik, hiylə, xəbislik, vəhşilik, vandalizm, terror aktlarından belə çəkinməyən doğma torpaqlarımıza göz dikən üzdəniraq qonşularımız əsrlərlə faciələrə səbəb olmuş, xalqımızın başına müsibətlər gətirmişdir. Qarabağımız düşmən təcavüzünə məruz qalmış, tarixi abidələrimiz dağıdılmış, mədəniyyətimiz və təbii sərvətlərimiz talan edilmişdir. Hətta naqis düşmən özlərinin Qarabağa köçürülmələrinin şərəfinə Ağdərədə tikdikləri Marağa abidəsini də münaqişə ərəfəsində dağıtmış və tariximizi saxtalaşdırmağa çalışmışlar.
Danılmaz faktdır ki, mədəniyyətlərarası əlqələrdə özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə bu günümüzə qədər də davam edir. Çoxmillətli ölkələrdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir. Bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdir. Hətta əli körpə uşaq, qoca qadın qanına bulaşmış,əbədi borclu olduğu ölkəyə qarşı terrorçu niyyətindən əl çəkməyən cinayətkar bir hökumətin nümayəndələrinə qarşı belə ayrıseçkilik qoymadan nümayiş etdirir Azərbaycan. Bunu son günlərin Azərbaycanın ən yeni tarixinin ən parlaq qələbəsi olan şanlı zəfər tariximiz-10 noyabr tarixində imzalanmış kapitulyasiya sənədinin bəzi müddəalarına əsasən dinc əhaliyə, günahsız körpəyə belə rəhm etməyən qəddar, qaniçən bir rejimin nümayəndələrinə, öz haqlı davamızda düşmənə etdiyimiz güzəştlər, etdiyimiz humanizm, beynəlxalq hüquq normalarına uyğun qəbul etdiyimiz qərarlar Azərbaycanın nə qədər tolerant bir ölkə olduğunun bariz nümunəsidir, göstəricisidir. Xalqımızın gen yaddaşından süzülüb gələn multukultural dəyərlər, ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, yanılmarıq. Çünki heç zaman Azərbaycanda milli və dini
zəmində qarşıdurma olmayıb. Bunu hələ XVI əsrdə Azərbaycanın ən güclü dövlətlərindən biri olan Səfəvilər dövlətinin şahı Şah I Abbasın sarayında ermənilərin yaşaması, onların sərbəst kilsə tikib öz dinlərinə sitayiş etməsinə icazə verməsi, bu gün isə XXI əsrdə Ali baş komandanımız İlham Əliyevin dediyi kimi paytaxtın mərkəzində erməni kilsəsinin mövcud olması və bu gün Azərbaycanda 33 min erməninin sərbəst yaşaması yenə də Azərbaycanın tarixən müxtəlif xalqların birgəyaşayışının ən universal nümunəsi, tolerantlığın ən yüksək səviyyəsi və düşünülmüş dövlət siyasətidir. Azərbaycanımız nə qədər tolerant ölkə olsa da, ulu öndərimizin də dediyi kimi Azərbaycanda ikinci bir dövlətin yaranmasına heç bir vəchlə icazə verə bilmərik. Bu gün ölkəmizin məhz bu dəyərləri tolerantlığın hökm sürdüyü məkana çevrilməsi təkzibedilməz bir faktdır və əksər dünya dövlətləri, beynəlxalq təşkilatlar, din xadimləri tərəfindən də bəyənilir və örnək göstərilir. Çünki biz azərbaycanlılar əsrlərlə haqsız münasibətlərə düçar olduğumuz, öz doğma yurd yuvamızdan didərgin salınıb illərlə gözüyaşlı o torpaqlara qayıtmağın həsrəti ilə yaşayan bir millət olaraq ədaləti bərpa edəcəyimiz, öz doğma torpaqlarımıza qayıdacağımız ümidi ilə yaşadıq və Allahın izni ilə mənfur düşmənə öz layiqli yerini göstərdik. Düşmənə və onun havadarlarına nəyə qadir olduğumuzu sübut etdik, gücümüzü göstərdik və yenə də hunanistlik göstərərək onların bizim torpaqlarda müəyyən şərtlərlə yaşamasına icazə verdik, baxmayaraq ki, onların heç izi də bu torpaqlarda olmamalı idi.Yenə də humanistlik və Azərbaycan!
Çox şükür ki, 28 ildən sonra, ilahi, ədalət bərpa olundu. İgid oğullarımızın canı-qanı bahasına, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və əzmi, dövlət başçımızın zəkası və qətiyyəti sayəsində Qarabağımız işğaldan azad olundu. Axır ki, illərin həsrətinə son qoyub doğma yurdlarımıza, gözü yolda qalan torpaqlarımıza, əsir abidələrimizə qovuşacaq, əl-ələ verib Qarabağı insanların firavan yaşayacağı gözəl bir məkana çevirəcəyik. Bunu da düşünülmüş, ümumi bir plan əsasında edəcəyik və Qarabağımız yenə də tarixin hər bir dövründə olduğu kimi mədəniyyət beşiyi, Qafqazın incisi, gələcək üçün də maraqlı, insanların dinc və firavan yaşadığı, sülh və əminamanlığın qorunduğu bir bölgəyə çevriləcək və biz bütün bunların qısa bir zamanda şahidi olacağıq!
Sabunçu qəsəbəsi, 67 nömrəli məktəbin tarix müəllimi Arifə İsmayılova