O, Vətən Müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Cəbrayıla girərək bir neçə kəndi işğaldan azad edib Azərbaycan bayrağını rayonun Nüzgar kəndinə sancıb.
Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.
“Report”un əməkdaşları şəhidin yaşadığı evə baş çəkib, yaxınları ilə həmsöhbət olublar.
Vətən müharibəsi zamanı işğaldan azad olan ərazilərdə ilk bayraq sancan Həmid Cəfərli olub. Sonra Cəbrayılın bir neçə kəndini işğaldan azad edərk erməni terrorçularından təmizləyib.
Həmid və onun tabeliyində olan kəşfiyyat bölüyü Füzuli istiqamətinə hərəkət etməyə başlayıb. Onlar Füzuli rayonu ərazisində düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Füzulinin bir neçə kəndi işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə, Həmid şəhid olana qədər 100-dən çox ermənini təkbaşına məhv edib.
Həmid Füzuli istiqamətində 6 gün mühasirədə qalıb. Mühasirəni ermənilərin çoxlu itki verməsi ilə nəticələnən növbəti əks-hücum həmlələri ilə yararaq düşmənə sarsıdıcı zərbə vurmaqla yarıb çıxan kapitan yanına qəfildən minaatan mərmisi düşüb. Ürəyindən bir qəlpə yarası alan Həmid Cəfərli qəhrəmancasına şəhid olub.