Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU Rusiyanın “Rossiya 1” telekanalı yanvarın 11-də Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlıq və pərdəarxası məqamlarla bağlı süjet hazırlayıb.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada hava limanına gəlməsi və Kremldə üçtərəfli görüş zamanı baş vermiş maraqlı məqamlara diqqət çəkilib.

Kanal Moskva hava limanında eyni anda Azərbaycan və Ermənistan liderlərini daşıyan təyyarələrin bir neçə metr məsafədə dayanmasını unikal kadrlar kimi təqdim edib.

Bundan əlavə, İlham Əliyevin təyyarədən enərkən çəkilmiş görüntülərində pandemiya ilə əlaqədar diplomatiya qaydalarına əlavə olunmuş daha bir məqam diqqət çəkib. Burada əllə salamlaşma olmayıb. Kremldə isə Vladimir Putin özü bu qaydanı pozub və Azərbaycan lideri ilə səmimi şəkildə görüşüb.

Bu və digər maraqlı məqamlar daha ətraflı videoda:


Oxşar xəbərlər