SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın başlayıb

SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın başlayıb Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb.

Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər