Fəzail İbrahimli: “Azərbaycanla kağız dilində danışmaq olmaz”

Fəzail İbrahimli: “Azərbaycanla kağız dilində danışmaq olmaz” Fransanın Türk dünyasına və müsəlman dünyasına qarşı düşmənçilik münasibəti bu gün deyil, uzun illərin nəticəsidir.
“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Fransa keçmiş tarixi ləkəli olan, əli dünyanın bir çox bölgəsində qana batan ölkədir. “Ona görə də Fransa Senatının bu qərarı ümumiyyətlə Qərb demokratiyasına həqarət, hörmətsizlik, ayaqlar altına deməkdir”.

Millət vəkili əlavə edib ki, bu hadisələrdə ən çox diqqət çəkən məsələ xiristian ağuşuna sığınıb türk-islam dünyasına qarşı işğalçılıq, faşizm, terror siyasətini həyata keçirən ermənilər üzərində qələbəmizdir”.

Vitse-spiker əlavə edib ki, Azərbaycanla kağız dilində danışmaq olmaz: “Bu gün güvən yerimiz var, bu Türkiyə və bizi dəstəkləyən ölkələrdir. Ən vacibi bizim müdrik rəhbərimiz və xalqımız var”.

Oxşar xəbərlər