Noyabrın 10-da Türkiyə müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələrək görüş keçiriblər.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar nazirlikdə Azərbaycan Ordusunu öz torpaqlarını işğaldan xilas etməsinə görə təbrik edib.