
Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ötən gün İdlibdə şəhid olan 33 türk əsgərinin qisasının alınması ilə bağlı keçirilən əməliyyatdan danışarkən deyib.
“Əks hücum zamanı rejimin 200-dən çox hədəfi ağır atəş altına alındı. Nəticədə rejimə məxsus 5 helikpoter, 23 tank, 23 top, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi və 309 əsgəri məhv edildi”, – nazir bildirib. /Axar.az/