Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik” Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vyanadakı terrorla əlaqədar Avstriya xalqına başsağlığı verib.
“Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, - deyə Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxşar xəbərlər