Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı analitik baxışları ilə tanınan videobloqer Yuri Podolyak videobloqlarından birində ermənilərin Azərbaycan Ordusunun guya Qarabağda qadağan olunmuş fosfor silahlarından istifadə etməsinə dair iddialarının yalan olduğunu üzə çıxarıb.
Bloqer bir sıra video materiallarında və məlumatlarda Dağlıq Qarabağda müharibə zonasına qayıtdığına görə Bakıda cinayət işi açılan rusiyalı hərbçi Semyon Peqovun reportajına əsaslanıb.
"Başlanğıc üçün bu sursatın niyə və necə istifadə olunduğunu araşdıraq. Yaxşı, fosfor sursatı da daxil olmaqla, yandırıcı sursatlar bəzi əraziləri yandırmaq üçün istifadə edilir. Semyon paylaşdığı videoda bu sursatların harada - meşələrdə, dağlarda istifadə olunduğunu, bunların hamısının niyə edildiyini çox yaxşı izah edir.
Onun sözlərinə görə, rusiyalı bloqerin bu videosu öz-özlüyündə yuxarıda göstərilən sursatların Ermənistan tərəfindən istifadə olunduğunun dolayısı ilə təsdiqidir”, - deyə Yuri Podolyak bildirib.
"Semyon Peqov hesabatında sadə şeylərdən bəhs edir. Bu cür istifadə bir neçə həftə əvvəl Suriyada müxalif yaraqlıların Rusiya aviasiyasının zərbələr endirməsinə mane olduqda müşahidə olundu. Və bu arqumenti əsas gətirərək Semyon Pegov bunun Azərbaycan tərəfi üçün faydalı olduğunu söylədi. Belə, Semyon bu gün kim dəqiq hava zərbələri ilə bombardman edir? Erməni pilotsuz təyyarələri hərbi texnikanı və düşmənin döyüş birləşmələrini məhv edir, yoxsa Azərbaycan?
Mənim fikrimcə, bir aylıq əməliyyatlar göstərdi ki, Azərbaycan ordusunun əsas üstünlüyü bu gün Ermənistanın müdafiə qabiliyyətini tamamilə darmadağın edən və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin heç nə edə bilmədiyi pilotsuz təyyarələrdir”, - deyə o əlavə edib.