Erməni mətbuatında ekspert Semyon Baqdasaronun Ermənistanda baş verən hadisələr barəsində fikirləri dərc olunub. Onun fikrincə, bu hakimiyyət dəyişikliyi variantı Rusiya üçün heç də yaxşı variant deyil.
Rusiyadakı Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov deyib: “Kimsə, Nikol Paşinyanın bizim məsləhətlərimizi dinləyəcəyini düşünürsə, böyük səhv edir. Bu etirazların öz sifarişçisi var və bu, aşkardır. Hətta müxalifət liderləri “hər şeyin yaxşı” olduğunu desələr də, bunun mənası yoxdur”.
Ekspert əmindir ki, hakimiyyətə müxalifətin gəlişi ilə “Ermənistan dərhal da olmasa, Rusiyadan, o cümlədən Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyan rus sərhədçilərdən imtina edəcək. Nikol Paşinyan həmişə Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edirdi. Rusiya üçün bu, Ermənistanda hamiyyət dəyişikliyinin ən yaxşı variantı deyil”.