Elxan Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Elxan Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır Şər və Böhtan yazanlara tutarlı cavab - Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevdə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya Yevlax MERO-da sürücülük vəsiqəsi bazarı açıblar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elxan Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevdir.

Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elxan Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elxan Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elxan Əliyevdən danışdılar yaxşı ki, Elxan Əliyev Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisidir… Elxan Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Elxan Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elxan Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Elxan Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elxan Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elxan Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elxan Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elxan Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elxan Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elxan Əliyev özünü doğruldub. Bizdə hörmətli Elxan Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyev - Vətənimizdə baş verən hadisələrə hamı kimi, mən də layeqd qala bilmirəm. Bir vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı mübarizə, qazanılan zəfərlər mənim ürəyimi qürur hissi ilə doldurur. Hər gün, hər saat cəbhədən qələbə xəbəri gözləyirik. Illərlə vətən həsrəti çəkən qaçqın və məcburi köçkünlər in hər kəndimizin, hər yüksəkliyimizin alınmasına göstərdiyi sevinc ürəyimizi kövrəldir.
Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir. Müzəffər ordumuzun peşəkar, yüksək təhsilli zabitlərinin yetişdirilməsi onun birbaşa diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun yüksək texnologiya silahları ilə təminatı onun göstərişi ilə baş vermisdir. Hakimiyyətdə olduğu bütün illər ərzində prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirmişdir. Bu gün biz müharibəni təkcə cəbhədə yox, həmçinin qlobal informasiya şəbəkəsində, dünyanın siyasi arenasında da aparmağa məcburuq. Biz quruculuq işləri ilə məşğul olarkən düşmənlərimiz bütün dünyada bizə qarşı mənfi imic formalaşdırmaqla məşğul idilər. Amma bu gün çox qürurverici bir haldır ki, dövlət başçımız bu stereotipləri də öz zəkası ilə darmadağın etməkdədir. Dünyanın bir çox aparıcı media şirkətləri obyektivlik nümayiş etdirərək hər iki dövlət başçısı ilə müsahibələr aparır və yayınlayır. Prezidentimizin dəqiq, soyuqqanlı arqumentlərə və tarixi faktlara söykənən cavabları qarşısında digər tərəfin tutarsız kəkələmələri çox gülünc görünür. Həm müsahibəni aparan jurnalistlər həm də dinləyicilər İlham Əliyevin əsl siyasətçi zəkasına heyran olur. Bütün dünya bizim haqq səsimizi eşidir və anlayır ki xalqımız dövlətimizlə birlikdə 30 illik ədalətsizliyi aradan qaldırır. Ordumuz beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyüny bərpa edir. Çünki 26 ildir aparılan danışıqlar işğalçı dövlətin şüursuzluğu nəticəsində heç bir fayda vermədi. Həm Ermənistanın həm də separatçı quldur rejimin başçıları həm çıxışları ilə özlərini bütün dünyada biabır etdilər,onlara heç havadarları da kömək edə bilmir. Çünki biz artıq 90-93-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyilik. Bizim zəngin və güclü dövlətimiz var, bizim hər sözündə, hər əməlində xalqa arxalanan prezidentimiz və prezidentə sonuna qədər güvənən xalqımız var. Bu gün millətindən,dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla döyünür. Biz prezidentimizin ətrafında yumruq kimi birləşmişik və əminik ki, bu birlik bizi böyük zəfərə aparacaq! Allah prezidentimizi qorusun! ALLAH əsgərlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər