"ANC Group" -nin direktoru Samir Abdullayev - Vətənimizdə baş verən hadisələrə hamı kimi, mən də layeqd qala bilmirəm. Bir vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı mübarizə, qazanılan zəfərlər mənim ürəyimi qürur hissi ilə doldurur. Hər gün, hər saat cəbhədən qələbə xəbəri gözləyirik. Illərlə vətən həsrəti çəkən qaçqın və məcburi köçkünlər in hər kəndimizin, hər yüksəkliyimizin alınmasına göstərdiyi sevinc ürəyimizi kövrəldir.
Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir. Müzəffər ordumuzun peşəkar, yüksək təhsilli zabitlərinin yetişdirilməsi onun birbaşa diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun yüksək texnologiya silahları ilə təminatı onun göstərişi ilə baş vermisdir. Hakimiyyətdə olduğu bütün illər ərzində prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirmişdir. Bu gün biz müharibəni təkcə cəbhədə yox, həmçinin qlobal informasiya şəbəkəsində,dünyanın siyasi arenasında da aparmağa məcburuq. Biz quruculuq işləri ilə məşğul olarkən düşmənlərimiz bütün dünyada bizə qarşı mənfi imic formalaşdırmaqla məşğul idilər. Amma bu gün çox qürurverici bir haldır ki, dövlət başçımız bu stereotipləri də öz zəkası ilə darmadağın etməkdədir. Dünyanın bir çox aparıcı media şirkətləri obyektivlik nümayiş etdirərək hər iki dövlət başçısı ilə müsahibələr aparır və yayınlayır. Prezidentimizin dəqiq, soyuqqanlı arqumentlərə və tarixi faktlara söykənən cavabları qarşısında digər tərəfin tutarsız kəkələmələri çox gülünc görünür. Həm müsahibəni aparan jurnalistlər həm də dinləyicilər İlham Əliyevin əsl siyasətçi zəkasına heyran olur. Bütün dünya bizim haqq səsimizi eşidir və anlayır ki xalqımız dövlətimizlə birlikdə 30 illik ədalətsizliyi aradan qaldırır. Ordumuz beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyüny bərpa edir. Çünki 26 ildir aparılan danışıqlar işğalçı dövlətin şüursuzluğu nəticəsində heç bir fayda vermədi. Həm Ermənistanın həm də separatçı quldur rejimin başçıları həm çıxışları ilə özlərini bütün dünyada biabır etdilər,onlara heç havadarları da kömək edə bilmir. Çünki biz artıq 90-93-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyilik. Bizim zəngin və güclü dövlətimiz var, bizim hər sözündə, hər əməlində xalqa arxalanan prezidentimiz və prezidentə sonuna qədər güvənən xalqımız var. Bu gün millətindən,dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla döyünür. Biz prezidentimizin ətrafında yumruq kimi birləşmişik və əminik ki, bu birlik bizi böyük zəfərə aparacaq! Allah prezidentimizi qorusun! ALLAH əsgərlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!
Qarabağ Azərbaycandır!