“Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrası barədə düşünməyən işğalçı Ermənistana bu günə qədər heç bir təzyiqin göstərilməməsi daha da ərköyünləşməsinə, təxribatlarının davamlı olmasına yol açır. İşğalçı dövlətin təkcə son aylarda törətdiyi əməllərə diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən böyük qətiyyətlə alındı.
Həmin ərəfədən xaricdə yaşayan soydaşlarımız orduya dəstək adı altında dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirdilər. Ermənilərin bu aksiyalara, həmçinin konsulluqlarımıza, səfirliklərimizə hücumları diqqətdən kənarda qalmadı. Amma bunları görməzdən gələn yenə də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrləri oldu. Törədilən bu kimi cinayətlərin cəzasız qalmasının nəticəsi olaraq Ermənistan hakimiyyəti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Belə ki, separatçı rejimin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Artıq Ermənistan mətbuatının məlumatlarına əsasən Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.”
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. O qeyd edib ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımız fonunda beynəlxalq dəstək, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması problemin tezliklə öz ədalətli həllini tapacağına əsas yaradır: “Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək”.
Deputat onu da bildirib ki, rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bu reallığı da bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır: “Azərbaycan tərəfi faktaraşdırıcı missiyanın yaradılması təklifi ilə ilk dəfə BMT-yə müraciət edib. O zaman dövlətimizin bu addımı ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun olunduğunu bildirdilər. ATƏT-in faktaraşdırıcı missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda iki dəfə oldular. İşğal olunmuş ərazilərimizdə süni məskunlaşdırılma faktı təsdiqlənsə də ATƏT-in faktaraşdırıcı missiyası hazırladığı hesabatda bunun əks olunmasını “nədənsə” istəmədi. Dünyanın “yeni qəbul etdiyi prinsipə” əsasən işğalçının adı ilə çağırılması məsələnin həllinə mane olar, birtərəflilik kimi qəbul edilə bilər. Ədalətin dəstəklənməsi, işğalçının ünvanının göstərilməsi birtərəflilikdirsə, işğalçıya maddi və mənəvi dəstək göstərmək, onu silahlandırmaq necə dəyərləndirilməlidir?”
M.Həsənov bildirib ki, Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan məskunlaşdırma siyasətinin aparılmasının və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdlərinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunun “fərqində deyil”. Rəsmi Bakı daim bu bəyanatla çıxış edir ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalı, ədalət meyarı bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir: “Livan hadisələri, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, orada bəyanatlar verməsi, Paşinyanın xanımı Anna Akopyanın “silaha sarılaraq” işğalçı dövlətin qadınlarını “Dağlıq Qarabağ uğrunda” döyüşlərə çağırması və sair kimi olaylar bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İşğalçı dövlətə “dur” demək zamanı çoxdan çatsa da, dünya hələ də susur”.