Kipri qorxu bürüdü: Blef deyil, türklər bunu edəcəklər

Kipri qorxu bürüdü: Blef deyil, türklər bunu edəcəklər Türklər blef eləmir. Biz Maraşın açılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Bunu Cənubi Kiprin guya “Maraş bələdiyyəsi sədri” olan Simos Yoannu deyib.

“Biz bütün aidiyyəti təşkilatlara, mərkəzlərə müraciət edəcəyik. Maraşın tamamilə açılması Kipr böhranının məzar daşı və razılaşdırılmış həll yolunun sonu ola bilər. Bu şəhərin açılmasının qarşısını dərhal almaq lazımdır”, – o bildirib.

Qeyd edək ki, Türkiyə mediası 46 ildir bağlı olan Maraş şəhərinin bu ilin sonuna kimi yenidən açılacağı haqda məlumat yayıb.

“Kabus şəhər” kimi tanınan Maraş Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. (axar.az)

Oxşar xəbərlər