Bakıda avtobus yanıb külə döndü — VİDEO

Bakıda avtobus yanıb külə döndü — VİDEO Bu gün səhər saat 7 radələrində Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı, 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yanıb.
Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.
Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.


Oxşar xəbərlər