Erməni nazir Fransa TV-sinə: Qorxuruq…

Erməni nazir Fransa TV-sinə: Qorxuruq… İyulun 12-də Ermənistan hərbçilərinin Azərbaycanın Tovuz rayonuna hücumunun qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı.

Avropa.info xəbər verir ki, döyüşlər davam edərkən Türkiyədən Azərbaycana ən üst səviyyədə edilən dəstək açıqlamaları Ermənistanı qorxudub.

Fransanın “France 24” kanalına müsahibə veren Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan geniş miqyasda savaşın başlaya biləcəyi halda Türkiyənin prosesə müdaxilə edəcəyindən qorxduqlarını deyib.

Jurnalistin, “Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu” sualına Mnatsakanyan, “Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq” deyib.

Oxşar xəbərlər