Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır

Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır Bu gün, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur. Bu münasibətlə “ADO-G Group” şirkəti adından və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “ADO-G Group” şirkətinin rəhbəri Musa Süleymanovdur.



Musa Səməd oğlu Süleymanov 14 sentyabr 1956-cı ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 1973-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndindəki Yusif Sadıqov adına orta məktəbi bitirib. 1975-1977-ci illərdə keçmiş SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olub.

1977-80-cı illərdə Tovuz rayonunun Əlimərdanlı kəndindəki şərab zavodunda və həmin rayonun rabitə qovşağında fəhlə və sürücü vəzifəsində çalışıb. 1980-ci illərdən şəxsi bizneslə, 1991-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1991-ci ildən 1998-ci ilədək təsis etdiyi "Simurg-MM" Firmasının prezidenti vəzifəsində çalışıb.

1996-ci ildə yayım dairəsi Gəncə-Qazax regionu daxil olmaqla Azərbaycanın qərb zonasını əhatə edən regional "Simurq-M" Tele-Radio Kompaniyasını təsis edib. 1998-ci ildən "ADO-G İnşaat, sənaye və turizm” Azərbaycan-Türkiyə birgə müəssisəsinin təsisçisi olmuş və həmin şirkətin prezidenti vəzifəsində çalışıb.

2004-cü ildən hazırkı dövrədək “B.Sərdarov adına Maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində çalışır. Ali təhsilli hüquqşünasdır. Həmçinin, Amerika Birləşmiş Ştatlarında ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə "Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti" üzrə texniki proqramı bitirib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.



22 İyun 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə maşınqayırma sənayesində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.


İngilis və rus dillərini bilir.

“ADO-G Group” şirkətinin rəhbəri Musa Süleymanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Musa Süleymanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Musa Süleymanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bizdə hörmətli Musa Süleymanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə kiçik və orta, həmçinin iri sahibkarlığın inkişafı üçün dayanıqlı və münbit şərait yaranmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər yaranır, fəaliyyətini genişləndirir və regional miqyasa çıxarır.

"ADO-G" Şirkətlər Qrupu 1998-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatındadır.

Şirkətin təsisçisi: Musa Süleymanov Səməd oğlu

"ADO-G" Şirkətlər Qrupu öz fəaliyyətinə Azərbaycan Respublikasının neft-qaz sənayesində çalışan bir sıra şirkətlərin neft-mədən avadanlıqları ilə təchizatından başlamışdır. "ADO-G" Şirkətlər Grupu "SOCAR", "BP Exploration", "Halli Burton", "KBR", "Bahar Enerji", "McDermott Caspian Construction", "Nobel Oil", "Gobustan Operating" və başqa neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır. Şirkətlər qrupu fəaliyyət dairəsini daha da genişləndirərək Azərbaycan Respublikasının ən iri şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu inşaat, istehsalat və quraşdırma, logistika və treydinq, arxitektura və dizayn, kabel yayımı, emal, kənd təsərrüfatı kimi ən müxtəlif sahələrdə fəaliyyət göstərir.


Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdırHal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdırHal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdırHal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır

Oxşar xəbərlər