“Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayev dövlətçiliyə sadiq adamdır - ÖZƏL

“Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayev dövlətçiliyə sadiq adamdır - ÖZƏL İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qasım İsrafil oğlu Abdullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayevdir.


“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Qasım Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qasım Abdullayev “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi hər zaman təəsübkeş ziyalı olaraq daim Cəmiyyətin bütün tədbirlərdə yaxından iştirak etmişdir.

Əslən Qazax rayonunun Muğanlı kəndindən olan Qasım Abdullayev 10 oktyabr 1957-ci də Tovuz rayonunun Aşağı Quşçu kəndində ziyalı ailəsində anadan olub. Atası Abdullayev İsrafil və anası Abdullayeva Nuriyyə bir müddət Aşağı Quşçu kənd orta məktəbində, sonradan isə Muğanlı kənd orta məktəbində müəllim işləmişdilər.
Q.Abdullayev Muğanlı kənd orta məktəbini bitirdikdən sonra 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olub və 1980-ci ildə oranı körpü və tunellər ixtisası üzrə bitirib.
Qasım Abdullayev əmək fəaliyyətinə 1980-ci ildə “Bakımetrotikinti” İdarəsində 7 nömrəli Tunel dəstəsində növbə rəisi vəzifəsində başlayıb. O, 1983-1993-cü illərdə “Bakımetrotikinti” İdarəsində sahə rəisi, 1993-1996-cı illərdə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb. 1996-cı ildə həmin idarənin rəisi təyin edilib və 1999-cu ilədək həmin vəzifədə çalışıb. 1999-cu ildə “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib və 2014-cü ilədək bu vəzifədə uğurla çalışmışdır.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Qasım Abdullayevin fəaliyyəti dövründə Bakı Metropoliteninin “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2” kimi böyük stansiyaların inşası həyata keçirilmiş və tamamlanaraq əhalinin istifadəsinə verilmişdir. Bundan başqa “Elmlər Akademiyası” metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmər üzlüklərlə üzlənməsi, eləcə də “Həzi Aslanov” metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 yeraltı tunel-keçidin tikintisi həyata keçirilmişdir.
Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparmışdır. 2003-cü ildə Moskva şəhərində “Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı” mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. O, 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında elmi-tədqiqat işləri apararaq 2016-cı ildə “Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda dissertasiya işi müdafiə edərək Texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Onun yeraltı tunellərin tikintisinin təşkilində təşkilatı-texnoloji problemlərin və tapşırıqların etibarlı həll edilməsi ilə bağlı təqdim etdiyi elmi yeniliklər təcrübədə uğurla sınaqdan keçirilmişdir. Q.Abdullayev Azərbaycan Respublikasında metro-tunel tikintisi sahəsində yeganə elmlər doktorudur. Həmçinin o, 2007-2011-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Azərbaycan İnşaat Mühəndisləri Universitetində bakalavr və magistrlərə mühazirə oxumuşdur.
Qasım Abdullayevin metro-tunel tikinti inşaatı sahəsində gördüyü işlər ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ilin noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 10 aprel 2017-ci il tarixdə isə Qasım Abdullayev Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir. 2018-ci ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetində çalışır



Qasım Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Qasım Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Qasım Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Qasım Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qasım Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Qasım Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Qasım Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qasım Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Qasım Abdullayev özünü doğruldub. Bizdə hörmətli Qasım Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər