Elman İsmayılov: Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir

Elman İsmayılov: Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elman İsmayılovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovdur.

Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır.

Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir.

50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.

Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.

Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.

Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur. Neft məhsullarının keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə həyata keçirilmişdir.

1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir.

22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elman İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elman İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qanuninfo.az olaraq sorğu apardıq ağız dolusu Elman İsmayılovdan danışdılar yaxşı ki, Elman İsmayılov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru təyin olunub… Elman İsmayılov öz isguzarlığı ilə tanınır və seçilir….

Elman İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elman İsmayılov heç vaxt əqidəsindən döndərə bilməz.

Elman İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elman İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elman İsmayılov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Elman İsmayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elman İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elman İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elman İsmayılov özünü doğruldub. Bizdə hörmətli Elman İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər