Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTO

Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTO Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu təşkil ediblər.
Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, bir nəfər ölüb, 11 nəfər yaralanıb

Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Babda uçuşlarını davam etdirdikləri də gələn məlumatlar sırasındadır. Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı gözlənilmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər

Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTORusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTORusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTORusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var — VİDEO - FOTO


Oxşar xəbərlər