Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir

Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə - Vəzifə səlahiyyətlərini aşmaq cinayətdir

Son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət almış və hazırda bu işlər intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsasını xüsusilə korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Hər cür neqativ hallara, xüsusilə korrupsiyaya və rüşvətxorluğa son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara etinasız yanaşan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət-hüquqi tədbirlərin görülməsi məqsədəuyğun sayılmışdır.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin vəzifə səlahiyyətlərini aşdıqlarına, dövlət əmlakını taladıqlarına və korrupsiya hallarına yol verdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Bağışlanmaz haldır ki, qeyd olunan neqativ hallara hətta mərkəzi icra aparatı orqanlarının səlahiyyətli şəxsləri də yol verirlər.
Belə ki, 8 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində xüsusi əməliyyat həyata keçirilmişdir.
Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən sui istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ciddi ziyan vurduqları üçün təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri görülmüşdür.
Mədəniyyətimizin keşiyində durmalı, mədəni sərvətlərimizin qorunmasını, xalqa çatdırılmasını təmin etməli olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi zəruridir.



Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına rayonun gənc könüllüləri də qoşuldu

Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir


Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" Kompaniya çərçivəsində 20 may 2020-ci il tarixdə rayonun gənc könüllüləri şəhərin mərkəzi küçələrində, Heydər Əliyev parkında, market və bankomatların qarşısında vətəndaşlar arasında maarifləndirmə işləri aparmış və onlara məsafə saxlayaraq növbəyə dayanmalarını tövsiyyə etmişlər.
Könüllülər vətəndaşların əllərini spirt məhlulu ilə dezinfeksiya etmiş və onlara tibbi maska və əlcəklər paylamışlar.

Rayon İcra Hakimiyyətinin başçının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirildi

Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir


19 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti videokonfrans keçirdi.
Konfransda rayon sakinlərinin koronavirus (COVİD-19) pandemiyasından qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələri qeyd edərək bildirib ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr uyğun olaraq rayon ərazisində baramaçılığın inkişafı, kümçülərə lazımi köməkliyin göstərilməsi və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında qərargah üzvlərinin növbəti iclası keçirildi


Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir


Göyçay rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə karantin rejimi müddətində ölkə başçısı tərəfindən əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması və onların bu dövlət qayğısından yararlanmasına kömək göstərilməsi qərargah üzvlərinin diqqətinə çatdırılıb.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində bu istiqamətdə rayonda görülən işlər barədə məlumatlar verilib.
Yekunda rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında müayinələrin davam etdirilməsi, xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə tədbirlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı qərar qəbul olub və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir
Mehdi Səlimzadə: Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir

Oxşar xəbərlər