Rusiya Ermənistanın koronavirus infeksiyası mənbəyinin olması barədə şok faktlar aşkar edib.
Ermənistandakı bioloji laboratoriyaların dünyanı dəhşətə gətirən koronavirus infeksiyasının mənbəyi olması barədə Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” (MK) mətbu orqanı faktlara əsaslanan yazı dərc edib.
“Pentaqonun pulları hesabına yaradılan erməni laboratoriyaları koronavirus infeksiyası mənbəyidir”
“MK”nın yazdığına görə, koronavirusun yayılması ilə bağlı ciddi qalmaqal yaşanır. Belə ki, Ermənistanda yoluxan 1000-dək insanın arasında Ermənistan Səhiyyə nazirliyi yanında Milli kəskin respiratorlu infeksiya xəstəliklərinə nəzarət və proflaktikası mərkəzinin 14 mütəxəssisi də var. 14 mütəxəssisin koronavirus infeksiyasına yoluxması Ermənistan cəmiyyətində ciddi təşviş yaradıb. Bildirilir ki, Pentaqonun pulu ilə Ermənistanda yaradılan ən müasir bioloji laboratoriyalar ölkədə ən təhlükəli infeksiyaların qarşısını almaq üçün nəzərdə tutulsa da, bunun tam əksi müşahidə olunmaqdadır. Ölkədə “Bu təhlükəli infeksiyalar orada çalışan müətxəssislərin özlərini də infeksiyadan qorumağa kömək etmədi” kimi fikirlər dolaşmaqdadır. Hazırda Ermənistanda Amerikanın maliyyəsi ilə yaradılan 12 belə bioloji laboratoriya fəaliyyət göstərir. Bunlar bioloji təhlükələrin səviyyəsinin aşağı salınmasına xidmət edir. ABŞ bu proqramı dünyanın 25 ölkəsində həyata keçirir. 12 bioloji laboratoriyadan üçü İrəvanında, qalanları isə Ermənistanın Gümri, Vanadzor, İcavan, Martuni və digər bölgələrində yerləşir. ABŞ bu laboratoriyaları yaratmaq üçün Ermənistana 50 milyon dollar vəsait ayırıb.
“MK”-nın yazdığına görə, Moskva dəfələrlə ABŞ-ın Ermənistandakı yaratdığə bioloji laboratoriyalarla bağlı narahatlığını ifadə edib. Ancaq buna baxmayaraq , Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan bu laboratoriyaların İrəvanın nəzarətində olduğunu bildirib və müxtəlif bəhanələr gətirməyə çalışıb.
Z. Mnatsakanyan bioloji laboratoriya ilə bağlı “MK”-nın sualını cavablandırarkən SSRİ dağıldıqdan sonra Ermənistanın bioloji təhlükəsizliyinin aşağı səviyyədə olduğunu deyib.
“Erməni həkimlər istənilən küləyin gətirəcəyi epidemiyanın yayılmasından qorxur. Bu laboratoriyalar Ermənistana məxsusdur. Bunlar Ermənistanın bioloji təhlükəsizlik maraqlarına xidmət edir və burada başqa məqsədlər yoxdur. Laboratoriyalarda hər hansı təhlükəli araşdırmalar aparılmır”.
Bundan sonra “MK” martın 22-də nə baş verdiyini və Ermənistandakı bioloji laboratoriyaların fəaliyyəti nə səbəblə dayandırıldığı və orada “son dezinfeksiya” işlərə həyata keçirildiyi barədə yazıb. Ondan bir həftə sonra isə bioloji laboratoriyanın 14 əməkdaşının koronavirus infeksiyasına yoluxduğu məlum olub.
Sözsüz ki, bir çox insanlarda bu şəxslərin koronavirus infeksiyasına necə yoluxması barədə suallar yaranır. İstisna edilmir ki, həmin insanlar koronavirus testini həyata keçirən zaman infeksiyaya yoluxublar. Daha sonra onlar da ətrafdakı insanları COVİD -19-a yoluxdurublar.
Halbuki, həmin laboratoriyalarda təhlükəsizlik səviyyəsi ən yüksək dərəcədə olmalıdır, lakin onlar əksinə, infeksiyanın yayılma mənbəyinə çevrilib.
Ancaq nə Səhiyyə nazirliyi, nə də laboratoriya rəhbərliyi bu məsələlərə heç bir aydınlıq gətirmir.
İndi hamını bir sual düşündürür: Əgər bioloji laboratoriya öz əməkdaşlarını infeksiyon virusdan qoruya bilmirsə, bəs, Ermənistanı necə qoruyacaq?