Kəbə tamamilə boş qalıb — SƏBƏBİ NƏDİR? / VİDEO

Kəbə tamamilə boş qalıb — SƏBƏBİ NƏDİR? / VİDEO Koronavirusun sürətlə yayılması Səudiyyə Ərəbistanını vacib qərar verməyə məcbur etdi. Kəbə ziyarətləri yasaqlandı.
Bizimyol.info xəbər verir ki, Kəbə tamamilə boş qalıb. Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi həm bu barədə məlumat yayıb, həm də görüntülər paylaşıb. Videoda Kəbədə yalnız mühafizə və xidmət personalı gözə dəyir. Əməkdaşların dezinfeksiya və təmizlik işləri ilə məşğul olduğu nəzərə çarpır.

Səudiyyə Ərəbistanında koronavirusa ilk yoluxma halı üç gün əvvəl qeydə alınmışdı. Bəhreyndən gələn şəxsin virusa yoluxduğu üzə çıxmışdı. Həmin adam Bəhreynə İrandan gəlibmiş.
Bütün dünyada koronavirusa yoluxanların sayı 100 min nəfərə yaxınlaşır. Təxminən 3300 insan həyatını itirib.

Oxşar xəbərlər