Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatında Silahlı Pilotsuz Uçuş Aparatları rejim əsgərlərinə ağır zərbələr vurub.Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın istehsalı olan “Pantsir S-1” hava hücumundan müdafiə sistemi Sərakib qəsəbəsi yaxınlığında məhv edilib.
Hadisə zamanı sistemin radiolakasiya dalğaları aktiv şəkildə olub. Buna baxmayaraq, türklərin PUA və SPUA-larını təsbit edə bilməyib.
Qeyd edək ki, “Pantsir S-1” sisteminin 15 milyon dollar dəyəri var. (publika.az)