Türkiyə ordusunun daha bir əsgəri Suriyanın İdlib bölgəsində həlak olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsgərlərin atəşə tutulması nəticəsində 1 əsgər şəhid olub, 9-u isə yaralanıb.
Hazırda bölgədə şiddətli toqquşmalar davam edir.