Ermənistanda koronavirusa ilk yoluxma faktı qeydə alınması səbəbindən məktəb və universitetlərdə dərs prosesi bir həftəlik dayandırılıb.
Qafqazinfo xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb. Paşinyanın sözlərinə görə, bir həftəlik fasilə yaz tətilinin hesabına ediləcək.
Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutünyanın imzaladığı qərara əsasən, yaz tətili ayın sonundan martın 2-nə keçirilib.
Qərar ali təhsil müəssisələri, məktəblər, kolleclər, peşə məktəbləri və uşaq bağçalarına şamil olunur.