Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır Yardımlı rayon icra hakimiyyətinin başçısı Avaş kənd sakinləri ilə görüş keçirmişdir

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır


Görüşdə idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak etmişdir.
RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin təmiri ilə bağlı məsələlər qaldırılmışdır. Həlli mümkün olan məsələlər bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş və həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürülmüşdür.
Görüşdə kənd sakinləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır


26 fevral 2020-ci il tarixdə saat 10:00 -da Xocalı faciəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov başda olmaqla rayon ictimaiyyəti Şəhidlər Xiyabanı abidə kompleksini ziyarət edərək, Qarabağ savaşında həlak olanların xatirəsini bir daha yad edərəkı, abidə kompleksi önünə gül dəstələri qoyuldu.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərdən, Azərbaycan xalqına etdiyi zülmlərdən və bunlardan ən dəhşətlisi olan Xocalı soyqırımından söhbət açaraq neçə-neçə körpə, qoca, cavan soydaşlarımızın bədnam düşmənlərimiz tərəfindən zülmlərə, iztirablara məruz qaldığından danışmışdır. Sonra natiq möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində şəhidlərimizin qanı ilə yuyulmuş düşmən tapdağı altında olan öz ana torpaqlarımızı azad edəcəyimizi bildirmişdir. Çıxışının sonunda isə Xocalı faciəsinin heç zaman yaddaşlardan silinməyəcəyni, bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu və gələcək nəsillərədə ötürülməsini vacib olduğunu vurğulamışdır.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır
Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır


Yardımlı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

25 fevral 2020-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində 2019-cu ildə Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən , ötən hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının həyata keçirilməsindən geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək bildirmişdir ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər.
Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır
Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır
Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevdir .

Mahir Mirzəyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib.

Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Oxşar xəbərlər