Mənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər

Mənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

Mənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 20 noyabr 2019-cu il tarixdə RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə (Boyat və Bağban kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir. Aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının əhalinin rifahının yüksəlməsində mühüm rol oynadığını, daha təminatlı etdiyini qeyd edib.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti yaşadığı evin yaxınlığında qaz borusunda sızmaların aradan qaldırılmasına, 1 müraciəti kəndin yuxarı hissəsindən keçən su arxının qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti qonşusu tərəfindən həyətyanı torpaq sahəsinə getmək üçün yolu bağlamış, istifadəsi üçün yolun açılmasına, 1 müraciəti həyətyanı sahəsinin suvarılması məqsədilə su ilə təmin olunmasına və 1 müraciəti pay torpaqlarının suvarılması suvarılması məqsədilə su arxının qazılaraq lildən təmizlənməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.


“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Ucar rayonunun inkişaf tempini sürətləndirib

Mənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovdur.

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mənsur Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mənsur Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mənsur Məmmədovdan danışdılar yaxşı ki, Mənsur Məmmədov Ucar rayon İcra Hakimiyyəti Başçısı təyin olunub… Mənsur Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Mənsur Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mənsur Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mənsur Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ucar rayon İcra Hakimiyyəti Başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Mənsur Məmmədov özünü doğruldub. Bizdə hörmətli Mənsur Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Son illər ərzində rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Ucara verdiyi töhfələrdəndir. Keçən dövr ərzində rayon ərazisində görülmüş tədbirlər nəticəsində bir sıra istehsal və emal müəssisələrinin yaradılmasına da nail olunub. Rayonda təhsilin inkişafı, yeni ümumtəhsil məktəblərinin tikintisi, təmiri və maddi texniki bazasının daha da möhkəmləndirilməsi tədbirləri davam etdirilib. Rayonda abadlıq-quruculuq işlərinə də xüsusi diqqət yetirilir. Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında da fəal şəkildə iştirak edirlər. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” həqiqətən də, Ucar rayonunun həyatında müsbət töhfələrlə yadda qalıb. Rayon sakinləri inanırlar ki, gələcək illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ucar daha da gözəlləşəcək və inkişaf edəcək.


Mənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlərMənsur Məmmədov: Ucar sakinləri ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər

Oxşar xəbərlər