Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər

Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər.

-Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.


-İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir.


-"Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov olaraq sakinləri, həmkarlarımızı bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik"


Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Lənkəran şəhər İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Qarşıda görüləsi işlər çoxdur. Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər.


Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər
Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlərLənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlərLənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlərLənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlərLənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlərLənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər

Oxşar xəbərlər