DAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB

DAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB Daşkəsən rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-cİ ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.
O, məruzəsində deyib:
2019-cu il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Cari ilin yanvar ayının 13-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olmuş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etmişdir.
Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olmuşdur. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığı Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olmuşdur. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatmış, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatmış, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşmışdır.
Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşmasıdır.
Əldə edilmiş bu uğurların məntiqi nəticəsi olaraq cari ilin yanvar ayının 21-də Ölkə Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunu imzalaması və ölkəmizin Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilməsi, olduqca böyük və əlamətdar hadisədir.
Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.
Hesabat ilində Ölkə Prezidenti tərəfindən Respublikada müxtəlif sahələrdə geniş islahatlar həyata keçirilmişdir. Əmək haqqları, pensiyalar, müavinətlər, təqaüdlər böyük miqdarda artırılmış, əhalinin maddi rifah halı xeyli yaxşılaşdırılmışdır.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2019-cu ildə uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
2019-cu ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 228 milyon 833 min manat olmuş, əvvəlki ilə nisbətən 8,2%, bəzi sahələr üzrə isə xeyli artmışdır.
Ümumi məhsul buraxılışında 2019-cu ildə sənaye üzrə 141 milyon 467 min manat (2018-ci illə müqayisədə 21,5% çox), nəqliyyat və anbar təsərrüfatı üzrə 3 milyon 276 min manat (2018-ci illə müqayisədə 3% çox), informasiya və rabitə üzrə 238 min manat (2018-ci illə müqayisədə 5% çox), ticarət-nəqliyyat vasitələrinin təmiri üzrə 23 milyon 395 min manat (2018-ci illə müqayisədə 2% çox) olmuşdur.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 283 nəfər artaraq 35 min 438 nəfər olmuşdur.
Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 305 məcburi köçkün ailəsi (917 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.
2019-cu ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 848,9 manat, dövlət sektorunda 431,2 manat, qeyri-dövlət sektorunda isə 1429,3 manat təşkil etmişdir.
Bu göstəricilər əvvəlki ilə nisbətən daha yüksək olmuşdur.
2019-cu ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 110,9 faiz, xərclər üzrə 93,8 faiz yerinə yetirilmişdir.
Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 20 min 692 nəfər olmuş, onlardan məşğul əhali 19 min 644 nəfərdir.
Cari ildə də rayonda müxtəlif qurumlarda olan müddətli müqavilələrlə müvəqqəti iş yerləri saxlanılaraq müqavilələrin vaxtı uzadılmışdır.
2019-cu il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir.
Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Yeni inzibati binanın tikintisi başa çatmış, təmizləyici qurğunun tikintisində isə son tamamlanma işləri görülür.
2019-cu il ərzində Daşkəsən şəhərində 10 çoxmərtəbəli yaşayış binasının dam örtüyü təmir edilmiş, 3 binanın fasadı əsaslı təmir edilərək emussiya ilə rənglənmiş, 6 binanın giriş blokunun pilləkən qəfəsindəki pəncərələr metal plastik pəncərələrlə, blokların giriş qapıları isə metal qapılarla əvəz olunmuşdur.
Heydər Əliyev meydanında və Şəhidlər xiyabanında təmir işləri aparılaraq səliqə səhman işləri yerinə yetirilmiş, Heydər Əliyev adına bulaq təmir edilmişdir.
Şəhərin bəzi küçələrinə və çoxmənzilli yaşayış binalarının ətrafına yeni asfalt örtüyü salınmış, istinad divarlarında və səkilərdə təmir işləri aparılmışdır.
2019-cu il ərzində Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı, N.Nərimanov adına 3 saylı, S.Vurğun adına 4 saylı və Qaraqollar kənd tam orta məktəblərində, 20 yerlik Daşkəsən qəsəbə uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında və Quşçu kənd folklor evində təmir işləri aparılmışdır.
Gurbulaq, Çanaqçı və Zinzahal kəndlərində modul tipli məktəb binaları tikilərək istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, kombinata 72 nəfər əlavə işçi qüvvəsi verilmişdir.
Lakin müəssisənin maliyyə-təsərrrüfat fəaliyyətinin yüksəldilməsinə, şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların vaxtında yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Daşkəsən rayonu üzrə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari qaydada sığorta olunması sahəsində 2018-ci il ərzində 109 sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il ərzində isə 357 sığorta müqaviləsi bağlanmış və həmin sahə üzrə işlər davam etdirilir.
Rayon ərazisində daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
2019-cu ilin yanvar ayında Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prazidenti Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 130 nəfər, aprel ayında isə əlavə 90 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar.
Ümumilikdə ictimai işlərlə məşğul olanların ümumi fəaliyyətinə Rayon İcra Hakimiyyəti tərəfindən nəzarət gücləndirilmişdir.
Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən 2019-cu il ərzində 32 nəfər işsiz vətəndaş özünəməşğulluq proqramına cəlb edilmiş və onlardan 30 nəfər işaxtaran vətəndaş təlimlərdə iştirak etmiş və təlimi başa çatdıraraq qiymətləndirmədən keçmişlər. Qiymətləndirmədən keçmiş vətəndaşlardan 15 nəfəri iribuynuzlu mal-qara, 7 nəfəri isə xırda buynuzlu mal-qara ilə təmin edilmişlər.
Xidmət və istehsal sahəsi üzrə qiymətləndirmədən keçmiş 8 nəfər vətəndaş isə aktivlərlə təmin olunmamışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Daşkəsən rayonunda da “Günərzi Qayğı Mərkəzi” yaradılıb.
“Günərzi Qayğı Mərkəzi”ndə əsasən məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar və təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.
Hesabat ili ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 318 aztəminatlı ailəyə, Qurban bayramında isə 409 ailəyə bayram sovqatları verilmişdir. Eyni zamanda həmin Fond hesabına 81 nəfərdən çox 1-ci sinifə gedən şagird məktəb ləvazimatı dəsti ilə təmin edilmişdir.Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 411 nəfər ünvanlı sosial yardım alan ailəyə bayram sovqatı və ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım olunmuşdur.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2019-cu il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬
Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilmiş, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüqiqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə bir sıra layihələr həyata keçirilmişdir .
01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək rayonda müxtəlif sahələrə 6 sahibkar tərəfindən özəl investisiya qoyulmaqla layihələrin həyata keçirilməsi üçün 420 min manat investisiya cəlb edilmişdir.
Rayona investorların cəlb olunması üçün yerli resursları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli, Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 16 tədbir nəzərdə tutulmuşdur.
Cari ilin fevral ayının 3-də möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür.
Rayonda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra işlər görülmüşdür.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin
sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə Dövlət tərəfindən buğda üçün hər hektar əkin sahəsinə
90 manat, digər əkinlər üçün isə 50 manat hesabı ilə 2019-cu il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 13 nəfərə subsidiya verilmişdir.
Rayonda 3 kartofçuluq və 1 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2019-cu ilin məhsulu üçün 320 hektar sahədə bugda əkilmiş 721 ton məhsul, 110 hektar sahədə isə arpa əkilərək 154 ton məhsul götürülmüşdür.
2019-cu il ərzində rayon ərazisində 1122 hektar sahədə kartof, 60 hektar sahədə kələm, 40 hektar sahədə tərəvəz və 160 hektar sahədə vələmir əkilmişdir. Əkilmiş sahələrdən 11350 ton kartof, 960 ton kələm və 6 ton tərəvəz bitkiləri istehsal olunmuşdur.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2019-cu il ərzində 378 baş iribuynuzlu heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 196 baş bala alınmışdır.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2019-cu il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayon ərazisində olan arı ailələri birkalanmış və 223 nəfər olmaqla 5619 arı ailəsinə görə subsidiya verilmişdir.
Daşkəsən rayonuna məxsus olan lakin qış mövsümü ərzində kənar rayonlarda qışlama keçirən, yaylaq mövsümündə rayona qayıdan yerli sakinlərə məxsus təsərrüfatların rayon ərazisinə buraxılması həmin vətəndaşların yaşadığı inzibati əraziyə uyğun olaraq aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə həvalə olunmuşdur.
Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 46 saylı, 05 iyul 2019-cu il tarixli sərəncamına uyğun olaraq bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr qeyri qanuni tikililər barədə tövsiyə olunmuş formada lazımı məlumatları aidiyyəti üzrə qurumlara, Yerli Ekspert Komissiyasına təqdim olunmasını təmin etməlidirlər.
Rayonun aidiyyəti üzrə qrumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməli nəzərdə tutulan işləri qısa müddətdə yekunlaşdırmalıdırlar.
Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması əsas vəzifə kimi qarşıya durur. Bütün bu məsələlərin həlli vəziyyəti Rayon İcra Hakimiyyətinin daimi nəzarətində saxlanılır.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll ediləcək və digər qonşu rayonlardan da burada işləməyə gələnlər olacaqdır.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və müsabiqə komissiyasının iclasları keçirilmişdir.
Keçən il Çovdar Qızıl emalı sahəsi öz fəaliyyətini aidiyyəti üzrə yeni texnologiyaların tətbiqi ilə davam etdirmişdir.
Hesabat ilində Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də fəaliyyət göstərərək əhəng daşı istehsalını təmin etdirmişdir.
2019-cu il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 270300 manatlıq rabitə xidməti göstərilmişdir.
Rayonun Zəylik, Qaraqollar, Əhmədli, Yuxarı Daşkəsən, Quşçu, Bayan, Xoşbulaq və Dəstəfur kənd Elektron Avtomat Telefon Stansiyalarında rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
Hesabat ilində Daşkəsən rayon Poçt Filialının rəhbərliyi dəyişdirilmişdir.
Poçt Filialının fəaliyyətində bir sıra çatışmazlıqlar olmuşdur.
Daşkəsən rayon Poçt Filialının yeni təyin olunmuş rəhbərliyi bu sahədə mövcud olan çatışmazlıqların qısa müddət ərzində aradan qalqırılması üçün aidiyyəti üzrə müvafiq tədbir görməlidir.
2019-cu il ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yolllarının saxlanması və təmiri üzrə 1272,2 min manatlıq iş görülmüşdür.
Daşkəsən-Əmirvar-Qabaqtəpə və Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında son tamamlama işləri görülür.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Daşkəsən şəhərində və Qaratağlar kəndində yeni tikilmiş yarımstansiyalar şəbəkəyə qoşulmuş, 6 ədəd müxtəlif güçlü transformator dəyişdirilmiş, Xoşbulaq kəndində yük artımını nəzərə alaraq yarımstansiyalarda transformatorların gücü artırılmışdır. Rayon ərazisində 196 ədəd SMART tipli kart sayğacı quraşdırılmışdır.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 13 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
Quşçu, Quşçu körpü və Daşkəsən qəsəbələrinə yeni təbii qaz xəttinin çəkilişi başa çatmış və 24 dekabr 2019–cu il tarixdə istismara verilməsinin açılışı olmuşdur.
Hazırda rayon ərazisində qazlaşma yaşayış məntəqələri üzrə 26,5 %, ev təsərrüfatları üzrə isə 65,9 % təşkil edir.
Sukanal idarəsi Daşkəsən şəhərinin yeni su kanalizasiya sisteminin lazımı səviyyədə istismarını-işləməsini təmin etməlidir.
Mədənçilər qəsəbəsinin su kanalizasiya sisteminin yenidən qurulması üzrə aidiyyəti qurumlarla müvafiq layihə işlənib həyata keçirilməlidir.
Rayonun bəzi yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə əlavə tədbirlər görülməsi nəzərdə tutulmuşdur.
Bildiyiniz kimi 19 may və 24 may 2019-cu il tarixlərdə Daşkəsən rayonu ərazisində təbii fəlakət baş verdi və baş vermiş təbii fəlakət, dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə və yaşıllaşdırma təsərrüfatlarına, əkin sahələrinə ziyan dəymişdir.
Dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə müəyyən işlər görülmüşdür.
2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərinin IX sinifində təhsil alan 284 şagirddən 263-ü ümumi orta təhsil haqqında attestat və XI siniflər üzrə isə 288 şagirddən 287-i tam orta təhsil haqqında attestat almışdır.Onlardan 1 nəfər IX sinif üzrə fərqlənmə attestatına layiq görülmüşdür.
Rayonun orta məktəb məzunlarından 89 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 43 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 39 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
Qeyd etmək lazımdır ki, hələ rayonun bəzi məktəblərində dərslərin keyfiyyəti və şagirdlərin dərsə davamiyyəti aşağı səviyyədədir. Bu sahədə aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi vacibdir.
Rayon Texniki Peşə məktəbinin fəaliyyəti günün tələbləri səviyyəsində deyildir. Ümumilikdə Texniki Peşə məktəbinin maddi-texniki bazasının yenidən qurulmasına ehtiyac vardır. Bu məsələlərlə bağlı Təhsil Nazirliyi müvafiq kömək göstərməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 20 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 23-26 mart 2019-cu il tarixlərdə Qəbələ-Şəki-Zaqatala, 18-21 noyabr 2019-cu il tarixlərdə isə 20 nəfər məktəbli Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olmuşlar.
Heydər Əliyev Mərkəzinə 2019-cu il ərzində kollektiv və fərdi qaydada 5000 nəfər ekskursiyaya gələnlər olmuşdur. Mərkəzdə kompüter və ingilis dili kursları, rəqs və rəsm dərnəyi fəaliyyət göstərmiş və il ərzində müxtəlif məzmunda tarix dərsləri və digər tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2019-cu ilin fevral ayının 11-dən 15 may 2019-cu il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişlər.
Bu müddət ərzində 23834 nəfər tibbi müayinədən keçmiş, 330 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 489 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 564 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli Fərmanı olmuşdur.
İcbari tibbi sığorta həmrəylik prisiplərinə əsaslanan sosial layihədir.Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBIB-in) tabeliyinə veriləcək xəstəxanalar müəyyənləşdirilmiş, Nazirlər Kabineti Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq olunmuşdur. Həmin siyahıya Daşkəsən Rayon Mərkəzi Xəstəxanası, kənd sahə xəstəxanaları, kənd və qəsəbələr üzrə həkim və tibb məntəqələri daxil edilmişdir.
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təchiz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir.
Rayon üzrə icbari tibbi sığortanın cari ilin aprel ayından başlanması nəzərdə tutulmuşdur. Daşkəsən rayonu respublikanın sürətlə inkişaf etmiş digər rayonları ilə müqayisədə bərabər tarazlı yüksək inkişafına nail olunması istiqamətində işlər aparılır.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində obyektlərin müasir tələblərə cavab verməməsi səbəbindən bir çox problemlər vardır. Şəmkir Regional Mədəniyyət idarəsi bütün sahələrdə əsaslı dönüş yaradılmasını, problemlərin aradan qaldırılmasını aidiyyəti nazirliklə birgə təmin etməlidir.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 7443 gəncin iştirak etdiyi 62 tədbir həyata keçirilmişdir.
2019-cu ildə rayonumuzun idmançıları 5 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla cəmi 22 medal qazanmışlar.
Daşkəsən rayonu ərazisində 4 siyasi partiya, 14 qeyri-hökumət təşkilatı və 1 dini icma qurum qeydiyyatdan keçmişdir.
Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə işlər aidiyyəti üzrə müvafiq qanun-qaydalara uyğun olaraq aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir.
Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
Rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılmışdır.
2019-cu ildə dövrü olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində “Daşkəsən” qəzetinin imkanlarından istifadə olunmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri şöbəsi rayonda ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələri üzrə bütün mövcud problemlərin həll edilməsi üçün əməli, konkret işlər görməli, səmərəli, real nəticə verən fəaliyyət göstərməlidir.
2019-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 23 min 976 manat məbləğində vəsait ödənilmişdir.
2019-cu il ərzində 162 nəfər gənci ordu sıralarına yola salınmışdır. Beləliklə, rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi və Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə birlikdə gənclərin hərbi xidmətə yararlığının müəyyən edilməsi sahəsində işlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görməlidirlər.
Hesabat dövrü ərzində, rayonda ictimai asayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
2019-cu ildə rayon ərazisində cəmi 45 cinayət hadisəsi qeydə alınmışdır. 2018-ci illə müqayisədə cinayət hadisəsinin sayı 13 fakt (22,4 faiz az) azalmışdır. Cinayət hadisəsinin açılması 93 % yerinə yetirilmişdir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hesabat ilində rayonun Astaf kəndinin “Yolqulu” adlanan ərazisindən 6131 ədəd ümumi çəkisi 2212 kiloqram olan təbii şəraitdə bitmiş çətənə kolları aşkar edilib yığılaraq qanunamüvafiq qaydada məhv edilmişdir.
Hesabat ili ərzində yanğın hadisələri əvvəlki ilə nisbətən 7,2% (2019-cu ildə 13, 2018-ci ildə 14 yanğın hadisəsi olmuşdur) azalmışdır
Bundan sonra da Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Dövlət Yanğın Nəzarət qurumu baş vermiş hadisələrin səbəblərini bir daha ətraflı təhlil etməli, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birlikdə yerlərdə yanğınların qarşısının alınması istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətindən sonra Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 64 saylı Qazaxyolçular bölməsi üçün hissəyə 13 nəfər şəxsi heyyət və bir ədəd 5 tonluq yanğınsöndürmə avtomaşını verilmişdir.
Rayonda Dövlət Yanğından Mühafizə Hissəsi və yeni bölmə üçün yeni inzibati binanın tikintisinə ehtiyac vardır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 1752 nəfər iştirak etmiş, 181 nəfər çıxış etmişdir. Cəmi 122 təklif irəli
sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin ümumi fəaliyyətlərinin yaxşılaşdırılması, işdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsi davam etdirməlidir.
23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində rayon üzrə seçicilərin 37,06 faizi iştirak etmiş və bələdiyyə ərazisindəki əhalinin sayına uyğun olaraq ümumilikdə 19 bələdiyyə 144 nəfər bələdiyyə üzvü seçilmişdir.
Cari ilin fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkiləri Daşkəsən rayonunda Azərbaycan Respublikasının Seçki məcəlləsinə uyğun olaraq şəffaf və demokratik qaydada keçirilmişdir.Rayon üzrə seçicilərin 52,65 faizi seçkidə iştirak edərək öz istədikləri namizədlərə səs vermişlər.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri 22 may 2019-cu il tarixində;
Baş Pokurorun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov 24 iyun 2019-cu il tarixində (Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları) ;
Dövlət Kömrük Komitəsi sədrinin müavini, Gömrük Xidməti General-Leytenantı Əsgər Abdullayev 24 iyun 2019-cu il tarixində;
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev 26 iyul 2019-cu il tarixində;
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev 20 noyabr 2019-cu il tarixində Daşkəsən şəhərində vətəndaşları qəbul etmişlər.
13 iyun 2019-cu il tarixdən 27 iyun 2019-cu il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 849 nəfər yararlanmışdır.
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bildiyiniz kimi 2019-cu ilin oktyabr ayının 1-dən 10-dək Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması keçirilmişdir.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2019-cu il ərzində rayon İcra Hakimiyyətinə 505 yazılı müraciət daxil olmuşdur. O cümlədən 52 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur.
Ərizə və şikayətləri doğuran səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.
2019-cu il ərzində 44 yaşayış məntəqəsində səyyar qəbul keçirilmiş, 2801 nəfər iştirak etmiş, 208 müraciət olunmuşdur. Səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Bundan sonra da ərizə və şikayətlərin vaxtında icra edilməsinə və kargüzarlıq işlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.
2019-cu ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər.
Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmış, kollektivdə mənəvi psixoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Qaraqollar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayramov Elbrus Yaqub oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on altı il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Yanvarın 13-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “İndi 2020-ci il başlayıb, uğurla başlayıb. ...
...Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək.”
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Diqqətinizə görə sağ olun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, DSMF-nun rayon rayon şöbəsinin müdiri Malik Şükürov, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış ediblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

DAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİBDAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİBDAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİBDAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİBDAŞKƏSƏN RAYONUNDA 2019-CU İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI VƏ 2020-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB

Oxşar xəbərlər