“Aman aman, bu nə erotika…” – Elza Seyidcahan seçki haqda ŞEİR YAZDI

“Aman aman, bu nə erotika…” – Elza Seyidcahan seçki haqda ŞEİR YAZDI Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən Əməkdar artist Elza Seyidcahan seçkilərlə bağlı şeir yazıb.

Həmin şeiri təqdim edirik:

***

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan



Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.



MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi



Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?



Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!



Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?



Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın



Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?



Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

(polemika.az)

Oxşar xəbərlər