İstanbuldakı təyyarə qəzasında yaralıların sayı artıb, ölən var — YENİLƏNİB + FOTO/VİDEO

İstanbuldakı təyyarə qəzasında yaralıların sayı artıb, ölən var — YENİLƏNİB + FOTO/VİDEO İstanbulda qəzaya uğrayan təyyarədəki sərnişinlərin son vəziyyəti bəlli olub.
“Hürriyət”in xəbərinə görə, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Son məlumatlara əsasən, hadisə nəticəsində 157 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü qeyd edilib.

***

İstanbuldakı təyyarə qəzasında yaralıların sayı bəlli olub.

NTV xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, qəza nəticəsində 52 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

***

İstanbulda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar açıqlanıb.

NTV xəbər verir ki, İzmirdən gələn hava gəmisi sərt eniş etdiyi üçün zolaqdan çıxıb və bir neçə parçaya ayrılıb.

Hadisə zamanı partlayış və yanğın baş verməyib.
Təyyarədə olan 177 nəfər sərnişindən ölən olmayıb.

Yaralıların təxliyyəsi davam edir.

***

İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.

“Haber Global” xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib.

“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına düşərkən eniş zolağından çıxıb.

Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.

İnsan tələfatı barəsində məlumat verilmir.


Resim
Son dakika haberi: Sabiha Gökçende uçak pistten çıktı


Oxşar xəbərlər