87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Malik Əsədov hər yerdə böyük izdihamla qarşılanıb, sevgi ilə yola salınıb və camaatın dərdləri dinlənildi, problemləri qeyd olundu
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Malik Əsədovdur.
Malik Əsədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Malik Əsədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Malik Əsədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Malik Əsədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Malik Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!