60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Aşağı və Yuxarı Noxudlu kəndlərində keçirildi.
Qarabağ döyüşlərində şəhid olan igid əsgərlərimiz ziyarət olundu, məzarları üzərinə tər çiçəklər düzüldü.
Yüksək əhval ruhiyyə ilə başlayan görüşdə seçicilər ölkə prezidenti cənab İlham Əliyevin xalqımıza, şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, hər zaman onunla, dövlətçiliyimizlə bərabər olduqlarını önə çəkdilər.
Görüşdə ötən deputatlıq dönəmində Fəzail Ağamalının seçicilərlə sıx əlaqə saxladığı, onların çağırışlarına, təkliflərinə, ayrı-ayrı problemlərinin həllinə böyük həssaslıq göstərdiyi qeyd edildi və qarşıdan gələn parlament seckilərində bir daha Fəzail Ağamalıya səs verəcəklərini bildirdilər.
Görüş iştirakçıları qarşısında çıxış edən Fəzail Ağamalı ötən dörd ildə fəaliyyətinin bütün tərəfləri haqqında ətraflı məlumat verdi, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik xəttinə xidmət etməyi şərəf və vətəndaşlıq borcu kimi dəyərləndirdi, bu yolu müqəddəs yol kimi qiymətləndirdi və seçiciləri dövlətçiliyimiz ətrafında sıx birləşməyə çagırdı.
Fəzail Ağamalının çıxışı və seçkilərdə onun dəstəklənməsi alqışlarla qarşılandı.
Görüşdən sonra Fəzail Ağamalı ərazi bütövlüyümüz uğrunda şəhid olan Fuad Balayevin və İlham Əmənovun anaları Leyla xanımı və Mahirə xanımı ziyarət etdi.
Aşağı Noxudlu kənd tam orta məktəbinin müəllimi Minarə xanımın dəvəti ilə ailənin qonağı oldu.