“Çinin Uhan şəhərində 25-ə yaxın türkiyəli, 10-a yaxın isə azəri yaşayır. Onların Türkiyəyə qayıtmaq kimi arzuları var”.
Hurriyet” verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal səfərindən qayıdarkən təyyarədə KİV nümayəndələrinin sualını cavablandırarkən deyib.
Ərdoğan əlavə edib ki, bu haqda ona məlumatı Türkiyənin Səhiyyə naziri verib. Qeyd edib ki, nazir məsələ ilə bağlı təmkinli davranır: “Bizdə hələ ki, hər hansı bir problemdən söhbət gedə bilməz”.
Daha sonra Türkiyə Prezidenti Çindəki azərbaycanlılardan da bəhs edib:
“Nazirliyə tapşırdım ki, tədbirlərinizi görün, azərbaycanlı qardaşlarımızı da siyahıya daxil edin. Karantinə alaraq bu qardaşlarımızı Türkiyəyə gətirək. Hazırda Türkiyə ərazisində hər hansı bir problemdən söz gedə bilməz. Amma dostlarımız da hər cür tədbiri görərək addımlarını atırlar”. /Qafqazinfo/