Dünyanı şoka salan əməliyyat – SÜLEYMANİNİN TƏYYARƏSİNDƏ ABŞ CASUSU OLUB

Dünyanı şoka salan əməliyyat – SÜLEYMANİNİN TƏYYARƏSİNDƏ ABŞ CASUSU OLUB Amerika Birləşmiş Ştatları (ABŞ) «Əl-Qüds» bölməsinin komandanı, iranlı general Qasım Süleymani barədə bütöv bir agentura şəbəkəsindən informasiya alıb.

Turkustan.info xəbər verir ki, bu barədə istintaqla bağlı olan mənbəyə istinadla «Röyter» agentliyi xəbər verir.
Dərc olunan materiallara əsasən, bu məsələdə əsas rolu Suriyanın özəl «Cham Wings » avişirkətinin iki işçisindən alınmış məlumat oynayıb.

İsrail mətbuatının yazdığına görə, casuslardan biri Dəməşq aeroportunda, ikincisi isə Dəməşqdən uçan və Süleymanini Bağdada gətirən təyyarədə olub. Əməliyyatın daha iki iştirakçısı isə Bağdad aeroportunun təhlükəsizlik xidməti əməkdaşları olublar.

«Röyter» təsdiqləyir ki, Süleymani birbaşa trapa gətirilib və qeydə alınmış sərnişinlərin siyahısında onun adı olmayıb. O, öz təyyarəsi ilə uçmayb və mobil telefondan istifadə etməyib.

Təyyarə yanvarın 3-ü gecə saat birin yarısında yerə enib. Trapda Süleymanini Əbu Məhdi əl-Mühəndisi – «Həşd əl-Şəbi» şiə üsyançı birləşməsinin komandan müavini gözləyib. Sərhədçilərdən yan keçməklə, zirehli avtomobillər aeroport ərazisindən çıxıblar. Yerli vaxtla 00:55-də onlara raket zərbəsi endirilib. /BakuPost/

Oxşar xəbərlər