ABŞ ordusunun iranlı general Qasım Süleymaninin öldürüldüyü gün Yəməndə başqa bir yüksək rütbəli iranlı hərbçiyə qarşı sui-qəsd planı həyata keçirilsə də, nəticəsiz olub.
Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Adı gizli saxlanılan bir amerikalı dövlət rəsmisinin nəşrə bildirdiyinə görə, həmin şəxs İran Silahlı Qüvvələrinin (SEPAH) Yəməndəki yüksək rütbəli hərbçisi, bölgədəki hərbi qüvvələrin komandanı Əbdülrza Şahlayidir.
Mənbə general Əbdülrza Şahlayinin Qasım Süleymani ilə birlikdə Pentaqonun “qara siyahısı”nda olduğunu bildirib.
ABŞ Dövlət Departamenti Şahlayini SEPAH-ın əsas sərmayədarlarından biri kimi qələmə verir. Department iranlı hərbçi ilə bağlı kəşfiyyat məlumatı gətirənlər üçün 15 milyon dollar mükafat müəyyən edib
Əbdülrza Şahlayi 2011-ci ildə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinə qarşı terror aktı hazırlamaqda ittiham olunur. (teleqraf.com)