Benyamin Netanyahu general Qasım Süleymanini hədələdi

Benyamin Netanyahu general Qasım Süleymanini hədələdi İsrail baş naziri Benyamin Netanyahu İran və Hizbullah təşkilatını hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İsrail hökumətnin başçısı “ölkəsinin düşmənləri ilə necə haqq hesab çürütməyi və özünü müdafiə etməyi çox gözəl bildiyini” söyləyib.

“Hizbullah” lideri Həsən Nəsrullahın İsrail Hərbi-hava qüvvələrinin Suriyanı bombalamasına görə yağdırdığı təhdidlərə cavab olaraq Benyamin Netanyahu ona “rahat olmağı” təklif edib.

İsrail baş naziri İran İslam Keşikçiləri Korpusunun “Qüds” güclərinin komandanı, general Qasım Süleymaninin də ünvanına xəbər göndərməyi unutmayıb.

Qeyd olunur ki, İsrail iranlı generalı Suriyada pilotsuz uçan aparatlarla hücumlar təşkil etməkdə ittiham edir.

“Sözlərinə fikir ver, xüsusilə də hərəkətlərinə diqqət elə”, – deyə Benyamin Netanyahu Qasım Süleymaniyə səslənib.

Oxşar xəbərlər