Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...

Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...
Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...


Oğlu Riyad Nyu-Yorkda həmin göydələndə yaşayır...

Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarovun ABŞ-da bahalı mənzil aldığı üzə çıxıb.

Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...


Muxalifet.az xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb: "Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb.

Bunun üçün o, mənzilə 2 050 000.00 dollar ödəyib. Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC əmlak şirkəti tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.


Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...


Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".

Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...Daha bir nazir oğlunun milyonluq mənzili - ABŞ-da aşkarlandı...

Oxşar xəbərlər