2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. Bir neçə gün əvvəl mövzu yenidən gündəmə gəlib. Məlum olur ki, ötən müddət ərizində Abbasovların Londondakı mülklərinin sayı da, qiyməti də artıb. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.
6 il əvvəl Azərbaycan mətbuatında “Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı” başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.
"Qafqazinfo" "Yeni-Müsavat"a istinadən xəbər verir ki, Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
- 2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.
1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı “19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.
Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.
Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda “Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.
KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.
Yunis Abbasov 2013-cü ildə Londonda 2 milyonluq mənzili üzə çıxanda mətbuatdan qaçmamışdı. Demişdi ki, həmin mənzili 2006-cı ildə alıblar. Əlavə etmişdi ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olub. Yunis Abbasov həmin mənzilin alınmasında bacısının sağlamlıq problemlərinin rol aldığını açıqlamışdı. Demişdi ki, Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə əlaqəlidir: “O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı”.
Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də demişdi. Sitat: “2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı”.
Maraqlıdır ki, Yunis Abbasov bu dəfə əmlak siyahısı yayılandan sonra susmağa üstünlük verib...