Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır Astarada çoxmənzilli ictimai yaşayış binası istifadəyə verilmişdir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. İqtisadiyyatımızın əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, qeyri-neft sektorunun çəkisi də sürətlə artmaqdadır.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi xətti digər sahələrdə olduğu kimi mənzil tikintisi sahəsinin də canlanmasına təkan vermişdir. Köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə paytaxt Bakı şəhərində start verilsə də, hazırda bu layihə regionlarda da həyata keçirilməkdədir. Vaxtı keçmiş, yöndəmsiz və qəzalı vəziyyətdə olan binalar sökülərək onların yerində yeni, müasir yaşayış binalarının tikintisi işləri aparılır.

Cənab Prezidentin 15 oktyabr 2018-ci tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Astara şəhərində tikintisi nəzərdə tutulan 48 mənzilli yaşayış binasının inşası başa çatdırılaraq bu günlərdə əhalinin istifadəsinə verilmişmidir.

Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhalinin müraciətlərinə əsasən yaşadıqları evlərə baxış keçirmiş, istismar müddəti başa çatmış binalar müəyyən edilərək daha çox ehtiyacı olan həmin şəxslərə yeni binada mənzillərin verilməsi nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev binanın sakinlərinə orderləri təqdim edərək onları təbrik etmiş, yeni mənzillərində xoşbəxt, firavan yaşamalarını arzulamışdır. Qeyd etmişdir ki, bu gün doğrudan da hər biriniz üçün unudulmaz, sevincli bir gündür. Biz də sevinirik ki, vətəndaşlarımız köhnə, şəraitsiz evlərdən belə yaraşıqlı, hər cür kommunal şərati olan yeni mənzillərə köçür, arzularına qovuşurlar. Dünyanın heç bir dövlətində, hətta, güclü iqtisadiyyata malik inkişaf etmiş ölkələrdə belə, vətəndaşlara dövlət hesabına, təmənnasız evlər verilmir. Ancaq cənab Prezidentimiz yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxslərə, hətta adi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün qərarlar qəbul edir, sərəncamlar verir. Biz bu gün belə bir qərarın bariz nümunəsini görürük. Onu da qeyd edim ki, elə bi binanın qonşuluğunda cənab Prezidentin 03 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün 36 mənzilli daha bir binanın inşasına başlanmışdır.

Ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn bu layihələrin reallaşdırılması, əhalini narahat edən ən böyük sosial problemlərinin həllinə xidmət edir. Gördüyünüz kimi, müstəqil dövlətimiz güclü inkişaf yolundadır. Azərbaycan tarixi ərzində heç zaman belə güclü olmamışdır. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində müstəqil dövlətimiz daha da güclənəcək, daha yüksək hədəflərə çatacaqdır.

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsisiz minnətdar olmalıdırlar.

Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılması daim möhtərəm Prezidentimizin diqqətindədir. Bunu gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss edirik. Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.

Yeni binada mənzilə sahib olan sakinlərdən Yazgül Əliyeva, Zakir Ramazanov, Hafizə Məmmədova, Sevil Lətifova, Qızlar Əliyeva və başqaları çıxış edərək bu soyuq qış günündə onlara isti mənzillər hədiyyə etdiyinə, köhnə, şəraitsiz taxta evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaraşıqlı mənzillər verdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə sonsuz məhəbbətlərini bildirərək minnətdarlıq etmişlər.

Sonda icra başçısı Qəzənfər Ağayev sakinlərlə birlikdə yeni mənzillərə baş çəkmiş, onları bir daha təbrik edərək xoş arzularını bildirmişdir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli sosial-iqtisadi inkişaf, geniş abadlıq və quruculuq işləri diqqəti cəlb edir. Ölkə ərazisindəki kəndlərdə, qəsəbələrdə və şəhərlərdə aparılan quruculuq-abadlıq işlərinin güclənməsi dövlətin iqtisadi qüdrətini göstərir.

Azərbaycan xalqının həyatında tarixi və əlamətdar hadisələrlə zəngin olan 2019-cu il hər birimizin yaddaşında əbədi iz qoymuşdur. Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir.

Ölkədə aparılan böyük tikinti-quruculuq işləri rayonumuzda da geniş vüsətlə davam edir. Ən ucqar dağ kəndləri də daxil olmaqla on kilometrlərlə avtomobil yolları asfaltlaşdırılmış, müasir tipli məktəb binaları tikilmiş, bir sözlə əhalinin sosial rifahının təmini istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Mövcud olduğu tarixi ərzində işığı və avtomobil yolu olmayan Dolu və Diqo kəndlərinə elktrik enerjisi verilişinə başlanmış, avtomobil yolunun çəkilməsi üçün cəlb edilmiş müasir texnikalar iki istiqamətdə işə başlamışlar. Hazırda qonşu Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir.

Ölkə iqtisadiyyatının şaxələndirilmiş yolla inkişafının nəticəsi olaraq bu ilin doqquz ayında sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə edilmişdir. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olmaqla, ümumilikdə 15 faiz artmışdır ki, bu da dünya miqyasında rekord göstərici hesab oluna bilər. Son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuş, bu sahədə 7 faiz artım olmuşdur.

Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır. .

Sorğu apardıq ağız dolusu Qəzənfər Ağayevdən danışdılar yaxşı ki, Qəzənfər Ağayev Astara Rayon İcra Hakimiyyətinin Başçısı təyin olunub… Qəzənfər Ağayev öz isguzarlığı ilə tanınır və seçilir….

Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Şərəfli vəzifəyə yiyələnən Qəzənfər Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır

Oxşar xəbərlər