Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.
APA xəbərinə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.