Xəyanəti sevmirəm. Mən heç dostuma qarşı xəyanət etmərəm, nəyin ki, doğmalarıma qarşı.
Bunu Aynur Dadaşova şəxsi həyatı ilə bağlı “Ay Zaur”da danışarkən deyib.
Xanım müğənni həyat yoldaşından rəsmi olaraq 2 ildir ayrıldığını da etiraf edib:
“Ayrılmağımıza səbəb xəyanət oldu. Xəyanəti bağışlamıram, artıq 2 ildir! Dəfələrlə xəyanət etdi, bağışladım. Artıq 2 ildir subayam. Bu vaxta kimi bunu niyə gizlətdiyimi deyim: çünki çəkinirdim ki, insanlar barəmdə artıq söz deyərlər. Bizim sənətdə özünüz bilirsiniz ki, biri yaxşı baxır, biri pis baxır. İstəmirsən ki, kimsə sənə yaxınlaşıb artıq bir söz desin. Saf bir ailəmin olmağını istədim. Düzgün insan üçün canımı da verərəm. Mən xəyanətini tutanda məni sudurqa tutdu. Özümü və övladlarımı fikirləşdim. Düşündüm belə bir hal bir də keçirtsəm, mən ölə bilərəm”.
Xatırladaq ki, müğənni son müsahibələrinin birində həyat yoldaşından ayrıldığı barədə suala “Ayrılıq yox, incikliyimiz olmuşdu. İki övladımız var. Bir övladım olsa, deyərdim ki ayrılmışam. Elə bir zəmanədir ki, təkbaşına heç nə etmək mümkün deyil. Uşaqların gələcəyini düşünmək lazımdır. İnciklik olub, insanıq və insan səhv edir. Düşünürsən ki, bu səhvi etməməli idi. Yalan danışa bilmərəm. Həyat yoldaşımın səhvi oldu, bir müddət küsülü qaldıq, indi hər şey yaxşıdır. Səhvinə görə bağışlaya bilmirdim, amma yola gəldim” cavabı vermişdi.
Qeyd edək ki, Aynurun bu evlilikdən iki övladı var (bir qız, bir oğlan ). Milli.Az