
Bunu “Report”a açıqlamasında DATA mütəxəssisi və risk meneceri Kamil Ələsgərov deyib.
Onun sözlərinə görə, qeyd edilən texnologiyanın tətbiqi bank sahəsində işsizliyə gətirib çıxara bilər: “Yeni sistemlər əvvəlki sistemlərdən fərqli olaraq müştəri məlumatları əsasında analizlər aparır və onun davranışlarını, potensial ödəmə və yaxud borc qaytarma imkanlarını müəyyən edir. Fiziki olaraq bankda mütəxəssislərin bunu etməsi mümkün deyil. Bir çox banklar deyir ki, bu, işsizlik problemi yaratmayacaq. Amma mən əminəm ki, aşağı səviyyəli işlər, yəni daha çox texniki-rutin (təkrarlanan) işlər “süni intellekt”lə əvəz oluna bilər. Dünyada artıq bu baş verir. Amma Azərbaycanla bağlı bunu demək hələ tezdir. Çünki bu, ölkəyə bağlı olan məsələlərdir. Bank sektorunda işləri 3 hissəyə – ön, orta və arxa ofisə bölmək olar. Ön ofisdə çalışan əməkdaşlar birbaşa müştərilərlə təmasdadır. Konservativ hesablamalara əsaslanıb ön ofisdə çalışan işçilərin, təxminən, 50%-ni əvəzləmək olar. Yəni “Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”, – deyə o qeyd edib.